İtkin hərbçilərin valideynləri Paşinyanın yanında məmuru döydülər

  17 Aprel 2021    Oxunub : 2250
İtkin hərbçilərin valideynləri Paşinyanın yanında məmuru döydülər
Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanın aparat rəhbəri Arsen Torosyanı döyüblər.

Azvision.az xəbər verir ki, buna səbəb Torosyanın kobud davranışları olub.
"Hadisə hökumət binasında baş nazir Nikol Paşinyanın gözləri önündə baş verib. Bir neçə gün əvvəl itkin düşmüş əsgərlərin valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirdikdən sonra Nikol Paşinyanla görüşmək üçün hökumət binasına getmişdilər. Mənbəyimizin bildirdiyinə görə, Torosyan kobud davrandığı üçün valideynlər hərəkətlərinə nəzarət edə bilməyiblər. Arsen Torosyanı qəzəbli valideynlərin əlindən Paşinyanın köməkçisi Nairi Sarkisyan və bir neçə başqa işçi qurtara bilib", - deyə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, Ermənistanın keçmiş səhiyyə naziri olmuş Torosyan bu ilin əvvəlində də itkin düşən əsgərlərin valideynləri ilə oxşar insident yaşamışdı.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Torosyan