Amerikalı məmurların Rusiyaya girişinə qadağa qoyuldu

Amerikalı məmurların Rusiyaya girişinə qadağa qoyuldu
  17 Aprel 2021    Oxunub:4394
Rusiya səkkiz ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-dən bildirilib ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas, baş prokuror Merrik Qarland, Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Robert Vuls, ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns, Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey və ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Raysın Rusiyaya girişi rəsmən qadağan edilib.

Adları açıqlanan şəxslər sanksiya siyahısına salınıb.

Azvision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti