Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı
  17 Aprel 2021    Oxunub:2326
Qazaxıstanda SU30-SM qırıcı təyyarəsi qəzaya uğrayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Karaqanda vilayətində yerləşən aviasiya mərkəzinin ərazisində təlim uçuşu zamanı baş verib. Qəza nəticəsində ölən olmayıb. Heyət üzvləri katapult ediblər.

Hazırda hadisənin ilkin səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Qazaxıstan   Qırıcı   Təyyarə  





Xəbər lenti