Türkiyədə gündəlik yoluxma sayı 63 mini keçib

Türkiyədə gündəlik yoluxma sayı 63 mini keçib
  17 Aprel 2021    Oxunub:3079
Türkiyədə son sutka ərzində 289 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 63 min 82 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 150 min 39, pandemiya qurbanlarının sayı isə 35 min 320 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 591 min 550 pasiyent (son sutkada 56 510 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti