Putin ABŞ-a cavab tədbirlərini müzakirə edib

  16 Aprel 2021    Oxunub : 2163
 Putin ABŞ-a cavab tədbirlərini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın yeni sanksiyalarına qarşı cavab tədbirlərini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"ABŞ-ın ölkəmizə tətbiq etdiyi sanksiyalara cavab tədbirləri ilə bağlı söhbət oldu. Prezident, həmçinin bu həftə beynəlxalq telefon əlaqələri barədə iclas iştirakçılarını məlumatlandırdı. Bu söhbətlər arasında Putinin ABŞ prezidenti Co Baydenlə 13 aprel tarixli danışığı da var”.

Peskov, dövlət başçısının Rusiya Federasiyası Təhlükəsizlik Şurası ilə görüşünün əsas mövzusunun hərbi inşaat olduğunu xatırladıb.

Pərvanə Suultanova
Azvision.az

Teqlər: TəhlükəsizlikŞurası