Borrel Donbasa getmək istəyir

Borrel Donbasa getmək istəyir
  16 Aprel 2021    Oxunub:2656
Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Ukraynaya səfər etmək və Donbasda təmas xəttinə baş çəkmək istəyir.
Azvision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd edilib ki, Aİ rəsmisi Donbasda nə baş verdiyini öz gözləri ilə görmək niyyətindədir. Səfərin tarixi barədə hələ məlumat yoxdur.

Bununla yanaşı, Borrell avqust ayında planlaşdırılan "Krım platforması" sammitinin açılışında iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırmır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Donbas   Borrell  





Xəbər lenti