Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi

  16 Aprel 2021    Oxunub : 2409
   Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi
Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyində (MEDİA) vəzifəyə təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə N.Məmmədli "Facebook" hesabında məlumat paylaşıb.

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam", - jurnalist bildirib.

Azvision.az

Teqlər: Natiq-Məmmədli   Media   İnkişaf   Agentlik   Şöbə-müdiri