Türkiyədə nazirin olduğu təyyarə təcili eniş etdi

Türkiyədə nazirin olduğu təyyarə təcili eniş etdi
  16 Aprel 2021    Oxunub:3064
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmirin olduğu təyyarə Malatyada təcili eniş edib.
Azvision.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Pakdəmir Ankaradan Türkiyənin cənub-şərqindəki Şırnaka uçurmuş. Uçuş zamanı pilotlar mühərrikdə nasazlıq aşkar ediblər. Bu barədə nazirə məlumat verilib və təcili eniş etmək qərara alınıb.

Təyyarə Malatya hava limanına təcili enişə müvəffəq olub, zərərçəkənlər yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BəkirPakdəmir  





Xəbər lenti