“İki qardaş ölkənin media sahəsində strateji əməkdaşlığı milli və qlobal çağırışdır”
“Media yumşaq güc vasitəsidir. Eyni zamanda informasiya cəmiyyətinin ən universal və effektiv alətlərindən biridir. Onu istənilən sahəyə tətbiq etməklə maksimum səmərə əldə etmək mümkündür. Çünki söhbət qlobal informasiya məkanında milli maraqların qorunmasından gedir və bu məkanda ən strateji məsələlər məhz informasiya vasitəsilə həll edilir. Ona görə də, digər bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin media sahəsində də strateji əməkdaşlığı milli və qlobal çağırışdır. Artıq bu sahədə olduqca mühüm addımlar atılıb. Bu istiqamətdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, hörmətli Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi, hörmətli Hikmət Hacıyevin qısa müddətdə gördükləri böyük işlər bu mühüm vəzifənin icra edilmsi ilə bağlı konkret nəticələrə gətirib çıxarıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” layihə Milli Məclisdə təsdiq edilib. Bundan dərhal sonra Türk Şurasına üzv olan digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılmasıyla bağlı məqsəd müəyyənləşdirilib və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın media sahələrinə məsul şəxslərinin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçirilib”.
Deputatın sözlərinə görə, bu səmərəli və təşəbbüskar fəaliyyətdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rolu böyükdür:
“Biz ən yeni siyasi tariximizin çox mühüm bir səhifəsini yaratdıq. 44 günlük müharibədə qardaş Türkiyənin verdiyi hərtərəfli dəstəklə torpaqlarımızı işğaldan azad etdik. Nəzərə almaq lazımdır ki, bu dəstəyin ən strateji istiqamətlərindən birini də informasiya müharibəsi platformasında olan dəsətək təşkil etdi. Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Fahreddin Altun Vətən müharibəsi prosesində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində xarici medianın diqqətini ölkəmizə cəlb etməklə səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət həyata keçirdi. Bütün bunlarla yanaşı, Ortaq Media Platforması təkcə qlobal media məkanında bigə fəaliyyət deyil, həm də milli media məkanımızın qarşılıqlı inteqrasiyası baxımından olduqca əhəmiyyətli bir quruma çevriləcək. Əslində milli media resurslarımız qlobal informasiya məkanında səmərəli fəaliyyətimizi təyin edən baza rolunu oynayacaq”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Hikmət-Babaoğlu Türkiyə Media