Ermənistanda əsgər vəhşicəsinə döyülüb

   Ermənistanda əsgər vəhşicəsinə döyülüb
  16 Aprel 2021    Oxunub:2722
Ermənistan ordusunda mövcud olan neqativ hallar, çatışmazlıqlar səbəbindən hərbi qulluqçular arasında qanunazidd münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkələrində məlumat paylaşılıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyan daha çox xidmət edən “dedlər” tərəfindən amansızlıqla döyülüb. Ağır bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R.Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusu səbəbindən heç kimdən şikayətçi olmayacağını bildirib.

Hadisəni ört basdır etməyə çalışan hissə komandanlığı tərəfindən faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq mühafizə orqanlarına məlumat verilməyib.

Azvision.az


Teqlər: Erməni   Əsgər   Dava  





Xəbər lenti