Cəbrayılda minaya düşən erməni komandir reanimasiyadadır
Qeyd edək ki, aprelin 15-də Cəbrayılda xilasetmə əməliyyat qrupunun komandiri 1975-ci il təvəllüdlü T.A. minaya düşərək sağ ayağından yaralanıb. Əvvəlcə ona Azərbaycan hərbçiləri yardım göstərib, daha sonra Xankəndinə aparılıb.
"O reanimasiyadadır. Günortadan sonra palataya köçürüləcəyi gözlənilir", - məlumatda deyilir.
Hadisə ilə əlaqədar axtarış əməliyyatı dayandırılıb. 16 apreldə itkin düşmüş erməni hərbçilərin cəsədlərinin axtarışı davam etdiriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ