Rusiyada koronavirusdan daha 397 nəfər ölüb

Rusiyada koronavirusdan daha 397 nəfər ölüb
  16 Aprel 2021    Oxunub:2213
Rusiyada son sutka ərzində koronavirusa 8995 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 684 148 nəfərə çatıb.

Rusiyada son bir gündə 397 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 104 795 nəfərdir. İndiyədək 4 310 557 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti