Pandemiya qurbanlarının sayı 3 milyona çatır - STATİSTİKA

 Pandemiya qurbanlarının sayı 3 milyona çatır -  STATİSTİKA
  15 Aprel 2021    Oxunub:2519
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 138 milyon 848 min 452 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 985 min 676 nəfərdir. İndiyədək 111 milyon 635 min 409 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 679 003 nəfər koronavirusa yoluxub, 10 367 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 149 223 nəfər virusa yoluxub, 578 092 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 14 074 564 nəfərdə virus aşkar edilib. Xəstələrdən 173 152 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 677 564 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 362 180 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 149 834 yoluxma, 99 777 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 666 209 nəfər virusa yoluxub ki, onlardan 104 mini ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti