“Alarabia” Qarabağa qayıdışdan yazdı
Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü köçkünlərin gələn ildən başlayaraq mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qaytarılacağını bəyan edib. O qeyd edib ki, artıq torpaqların minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası həyata keçirilir. Azərbaycan Prezidenti Cənubi Qafqazda sabitliyə həsr edilmiş beynəlxalq konfransda çıxışında vurğulayıb ki, köçkünlərin qaytarılmasında əsas maneə minalanmış ərazilərin xəritələrini Ermənistanın Bakıya təqdim etməməsidir.
Prezident İlham Əliyev əlavə edib ki, atəşkəsdən sonra 20-dən çox azərbaycanlı mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olub. Eyni zamanda, Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan müharibə nəticəsində dağıdılmış ərazilərin bərpasına milyardlarla dollar vəsait xərcləyəcək.
Azvision.az
Teqlər: Qarabağ