Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi

   Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
  15 Aprel 2021    Oxunub:4391
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.

Azvision.az


Teqlər: MehribanƏliyeva  





Xəbər lenti