Əli Əsədov Türkiyə səfiri ilə görüşüb

Əli Əsədov Türkiyə səfiri ilə görüşüb
  14 Aprel 2021    Oxunub:2888
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb. Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Əli-Əsədov   Türkiyə   Səfir  





Xəbər lenti