İrəvanda polislər Dəmirçyan küçəsini bağlayıb

İrəvanda polislər Dəmirçyan küçəsini bağlayıb
  14 Aprel 2021    Oxunub:1829
Ermənistanın parlament binasının girişinə xeyli sayda polis qüvvələri cəlb olunub.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, onlar binanın yerləşdiyi Dəmirçiyan küçəsini bloklayıblar.

Xatırladaq ki, bu gün müxalifət təmsilçiləri insanları parlament binası qarşısına toplaşmağa çağırıb.

“Parlament binasına gedirik. Torpağı təslim edənlərin bir saniyə belə dincliyi olmamalı, onlar xəyanəti davam etdirməməlidir", - “ARF Daşnaksütyun”un nümayəndəsi Qeqam Manukyan deyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan bu gün parlamentdə çıxış edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti