Akopyan Paşinyanı xəstə və cahil adlandırdı

 Akopyan Paşinyanı xəstə və cahil adlandırdı
  14 Aprel 2021    Oxunub:2903
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-polkovnik Movses Akopyan baş nazir Nikol Paşinyanı xəstə və cahil adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə o, “news.am”a açıqlamasında bildirib.

“Xəstə və yalan danışmağa meyilli olan insanın fikirlərinə nə şərh verəsən? Mən hər psixin dediyinə münasibət bildirməliyəm? Onun dedikləri tamamilə yalandır, bundan başqa, o, cahildir, hərbi çağırışın və səfərbərliyin nə demək olduğunu anlamır. Düşünürəm ki, bu da xəstəliklə əlaqəlidir”, - Akopyan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti