Putinə peyvəndin ikinci dozası vuruldu

  14 Aprel 2021    Oxunub : 1544
Putinə peyvəndin ikinci dozası vuruldu
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvəndin ikinci dozasını alıb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“Sizə bildirmək istəyirəm ki, bu zala daxil olmazdan əvvəl ikinci peyvəndi qəbul etdim. Ümidvaram ki, hər şey yaxşı olacaq. Hətta ümid etmirəm, buna əminəm”, - Putin Rusiya Coğrafiya Cəmiyyətinin Himayəçilik Şurasının iclasında deyib.

Əlavə edib ki, peyvəndlənmə sayəsində pandemiyanın tezliklə başa çatacağına inanır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Peyvənd   Rusiya