İranın Şuş şəhəri Şuşa ilə qardaşlaşa bilər - EKSKLÜZİV

 İranın Şuş şəhəri Şuşa ilə qardaşlaşa bilər -  EKSKLÜZİV
  14 Aprel 2021    Oxunub:13676
İranın Şuş şəhəri ilə Azərbaycanın Şuşa şəhəri qardaşlaşa bilər.
Bu barədə Azvision.az -a müsahibəsində İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri Əli Purmərcan deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi başa çatdıqdan sonra Mədəniyyət Mərkəzi tərəfindən İrana belə bir təklif göndərilib.

“Mən Şuşa ilə qardaşlaşma barədə iki şəhər təklif etmişəm. Biri Şuş şəhəridir ki, bu, həm adı, həm də qədim və tarixi olması ilə Şuşaya bənzəyir. Şuşda peyğəmbərlərin məqbərəsi var. Digər şəhər isə Xürrəmşəhərdir ki, bu da çox qədim, gözəl şəhərdir. Xürrəmşəhər İran-İraq müharibəsi zamanı tamamilə dağıdılıb, məscidlər, abidələr məhv edilib. Səddam Hüseyn ilk olaraq ora hücum etmişdi. Biz bu şəhəri yenidən qurduq”.

Ə.Purmərcan qeyd edib ki, müvafiq təklif İranın Mədəniyyət Mirası Nazirliyinə təqdim edilib:

“Bu, hələ təklifdir. Nazirliyin mütəxəssisləri təklifi araşdıracaq, hansı şəhərin tarix, mədəniyyət, ənənələr baxımından qardaşlaşma üçün daha uyğun gəldiyini müəyyən etdikdən sonra təklif Azərbaycanın Mədəniyyət Nazirliyinə təqdim ediləcək. Güman edirəm ki, Şuş şəhəri Şuşaya daha çox bənzərdir və qardaşlaşma üçün bu şəhər seçiləcək".


(İranın Xuzistan ostanında yerləşən Şuş şəhəri)

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Şuşa  





Xəbər lenti