Dünyada koronavirusa yoluxma sayı 138 milyonu keçdi

 Dünyada koronavirusa yoluxma sayı 138 milyonu keçdi
  14 Aprel 2021    Oxunub:1355
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 138 milyon 027 min 700 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 972 min 104 nəfərdir. İndiyədək 111 milyon 059 min 886 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 070 784 nəfər virusa yoluxub, 577 179 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 13 873 825 nəfərdə virus aşkar edilib. Xəstələrdən 172 115 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 601 566 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 358 718 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 106 329 yoluxma, 99 480 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 657 883 nəfər virusa yoluxub ki, onlardan 103 601-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti