Bu gündən Ramazan ayı başladı

 Bu gündən Ramazan ayı başladı
  14 Aprel 2021    Oxunub:3163
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azvision.az -ın məlumatına görə, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel tarixinə düşür.

Ramazan ayının təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-i, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Mayın 13-də Ramazan bayramı olacaq.

Ölkəmizdə pandemiya şəraiti ilə əlaqədar xüsusi karantin rejimi dövründə kütləvi dini mərasimlərin keçirilməməsi tövsiyə olunub, iftar süfrəsinin yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırış edilib.

Azvision.az


Teqlər: Ramazan  





Xəbər lenti