Cəbrayılda daha 2 erməni hərbçinin qalıqları tapıldı

   Cəbrayılda daha 2 erməni hərbçinin qalıqları tapıldı
  13 Aprel 2021    Oxunub:2785
İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1541 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Azvision.az


Teqlər: Cəbrayıl   Qarabağ   Cəsəd  





Xəbər lenti