Reznikov Bakıda bir sıra görüşlər keçirdi - FOTO

 Reznikov Bakıda bir sıra görüşlər keçirdi -  FOTO
  13 Aprel 2021    Oxunub:2975
Bakıda səfərdə olan Ukrayna Baş nazirinin müavini Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və energetika naziri Pərviz Şahbazovla görüşlər keçirib.
Bu barədə Azvision.az -a Ukrayna səfirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində Ukraynanın İnfrastruktur naziri Vladyslav Krykli də daxildir.

R.Nəbiyevlə görüş zamanı iki ölkə arasında yük daşımalarının həcminin artırılması məqsədilə, dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə yük daşımalarının təşkili zamanı qarşılıqlı əlverişli şərtlərin formalaşmasının vacib olduğu vurğulanıb.

Qara və Xəzər dənizləri limanları arasında əməkdaşlıq beynəlxalq nəqliyyat marşrutlarının inkişafına, habelə nəqliyyatın bütün sahələrində nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinə yönəlib.

Qeyd edilib ki, Aviasiya sektorundakı əməkdaşlığın vacib vəzifələri hava nəqliyyatının tam bərpası, avtomobil nəqliyyatı sahəsində - nəqliyyat rejiminin liberallaşdırılması və rəqəmsal texnologiyaların istifadəsindən ibarətdir.





Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Səfirlik   Baş-nazir   Müavin  





Xəbər lenti