Prezident təbrik etdi

 Prezident təbrik etdi
  01 Mart 2014    Oxunub:711
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,
Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm".


Teqlər:  





Xəbər lenti