Rusiya narahatdır

 Rusiya narahatdır
  28 Mart 2013    Oxunub:1557
Moskva Ərəb Ölkələri Liqasının Suriya müxalifətini tanımasını narahatlıqla qarşılayıb
Ərəb Birliyinin qərarını şərh edən xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib ki, bu tip addımlar bölgədə müharibə ehtimallarını artırır. Onun sözlərinə görə Liqanın müxalifəti sıralarına qəbul etməsi Kremldə çaşqınlıqla qarşılanıb.

Lukaşeviç hesab edir ki, Qətərin paytaxtı Dohada baş tutan toplantıda qəbul edilən qərarların hamısı ötən ilin iyununda Cenevrədə əldə olunan razılaşmanın şərtləri ilə ziddir.

Rus diplomat iddia edib ki, bundan başqa hazırki Suriya iqtidarının nümayəndələrinin iştirakı olmadan ölkənin taleyi ilə bağlı qəbul edilən qərarların heç birinin hüquqi qüvvəsi yoxdur. Lukaşeviç buna görə də Rusiyanın Liqanın və ya hər hansı qurumun qərarlarını tanımayacağını bəyan edib.


Teqlər:  





Xəbər lenti