Online fikir bankının qalibləri mükafatlandırılacaq

Online fikir bankının qalibləri mükafatlandırılacaq
  01 Mart 2014    Oxunub:844
Gənclər və İdman nazirliyinin həyata keçirdiyi “Online fikir bankı”nın qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
.

Bildiyiniz kimi, 2013-cü il ölkə başçısı İlham Əliyev tərəfindən İKT ili elan olunub. Bu il çərçivəsində son 3 ay ərzində fəaliyyətə başlayan “Online fikir bankı” na gənclər tərəfindən 80-dən artıq ideya və təklif göndərilmişdir. Təkliflər nəticəsində 1500-dən artıq müzakirə və baxış olub.

“Online fikir bankı” nın həyata keçirilməsində əsas məqsəd gənclərin açıq şəkildə yeni ideya və təkliflərini online şəkildə təqdim etmək imanı qazanmalarıdır. Bu layihə gənclərin fikirlərinin bir məkanda toplanaraq daha böyük müstəviyə yol açmasına şərait yaradır.

“Online fikir bankı” 12 əsas istiqaməti özündə cəmləşdirir. Bunlar: sosial xidmət, iqtisadiyyat, təhsil, media, kommunikasiya və telekommunikasiya, səhiyyə və sağlamlıq, ətraf mühit, tarixi abidələr, turizm, mədəniyyət, nəqliyyat sistemi və əyləncədir.
Hər ay qiymətləndirmə şurası ən yaxşı layihələrin seçimini aparmış və qalib gənclər Gənclər və İdman Nazirliyinin diplom və mükafatları ilə təltif olunmuşlar. Qiymətləndirmə şurasının seçim istiqamətində əsas tələbi layihələrin innovativ olmaları, müəlliflik hüququnun qorunması, maliyyə tutumu cəhətdən mümkünlüyü və ideyanın tez bir zamanda gerçəkləşmə imkanının olmasıdır.

“Online fikir bankı” nın yeni addımlarından biri isə ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərlə birgə əməkdaşlığa başlamasıdır ki, bu da gənclərin ideya və təkiflərinin biznes sektorlarında həyata keçirilməsinə daha böyük şərait yaradacaq.


Teqlər:





Xəbər lenti