Yataqxanadakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB

Yataqxanadakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB
  01 Mart 2014    Oxunub:1131
Fövqəladə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***


DİN Bakıda yaşayış evində baş verən yanğında ölən ana və qızının adlarını açıqlayıb.

AzVision.az xəbər verir ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Təravət İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.

Nəticədə T. İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.

Fakta bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti