Azərbaycanda ağır qəza: 3 ölü, 2 yaralı

Azərbaycanda ağır qəza: 3 ölü, 2 yaralı
  01 Mart 2014    Oxunub:1162
Qazaxda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 472-ci kilometrliyində vətəndaşlara məxsus "QAZEL" və "VAZ" markalı avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZEL" markalı yük avtomobilinin sürücüsü və 1 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alaraq yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. "VAZ" markalı minik avtomobilindən 3 nəfərin sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 05:55-də başa çatıb.


Teqlər:  





Xəbər lenti