Tələbələrin yataqxanasındakı yanğın söndürüldü - YENİLƏNİB

Tələbələrin yataqxanasındakı yanğın söndürüldü - YENİLƏNİB
  01 Mart 2014    Oxunub:1037
Azərbaycan Tibb Universitetinin Həsən Əliyev küçəsində yerləşən yataqxanasında yanğın olub.
Tibb Universitetində baş verən yanğında heç kim xəsarət almayıb. Bu barədə AzVision.az-a Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun köməkçisi Aydın Quliyev məlumat verib.

Onun sözlərinə görə, yanğın bu gün səhər saatlarında baş verdi və hadisə yerinə tez yanğınsöndürən briqada cəlb olunub. Hazırda yanğın söndürülüb və xəsarət alan olmayıb.

A.Quliyev qeyd edib ki, rektor Əhliman Əmiraslanov hadisə yerinə baş çəkib.

***

Bu barədə AzVision.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Yataqxanada qalan tələbələr təxliyyə ediliblər.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti