Facebook-dan şok addım: `Yandex` statusları axtara biləcək

Facebook-dan şok addım: `Yandex` statusları axtara biləcək
  27 Fevral 2014    Oxunub:2023
Rusiyanın məşhur internet axtarış sistemi Yandex.ru (türk versiyası: yandex.com.tr ) Facebook ilə böyük hadisə sayıla biləcək bir anlaşma imzalayıb. Belə ki, bundan sonra Yandex Facebook-da privat (qapalı) olmayan yazılarda axtarış apara biləcək.

Artıq Yandex-ə `facebook-da axtar` funksiyası əlavə olunub. Yandex-in Rusiya, MDB və Türkiyədən olan istifadəçiləri axtarış zamanı sosial şəbəkədəki son statusları (privat olmayanları) xəbər kimi görə biləcəklər.

Bu, kifayət qədər ciddi hadisədir. Belə ki, Facebook `Google` axtarış sistemini öz daxilində axtarış aparmağa qoymadığı üçün orada olan böyük həcmdə məlumatlar bu internet nəhəngi üçün qapaılıdır. Və bu, Google-un ən zəif tərəfidir. Ümumiyyətlə, Facebook `Bing`-dən başqa heç bir axtarış sistemini yaxına buraxmır. Ona görə də Yandex-lə imzalanan anlaşma tarixi hadisə sayılır.

Yaxın vaxtlarda Yandex Facebook-dakı əsas statusları öz ana səhifəsində də yerləşdirməyə başlayacaq.

Qeyd edək ki, 2012-ci ildən Yandex `Twitter`-də, həmçinin Rusiya sosial şəbəkələrində axtarış aparır. Amma Facebook-da informasiyalar daha çox, daha zəngin və daha maraqlıdır.

Güman ki, bu addımı atmaqla Facebook Rusiya bazarında möhkəmlənmək və `vKontakte` sosial şəbəkəsini bazardan sıxışdırmaq istəyir.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti