Fuad Muradov “nurçu” olduğunu təkzib etdi

Fuad Muradov “nurçu” olduğunu təkzib etdi
  27 Fevral 2014    Oxunub:2127
Milli Məclisin deputatı Fuad Muradov “nurçu” olması haqda yayılan fikirlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, deputat bu iddiaları təkzib edərək “nurçu” olmadığını deyib:

“ANS-in “Xəbərçi” proqramında dünən yayımlanan “nurçu deputatların siyahısı” ilə bağlı sujetdə adımın çəkilməsinə görə telekanal rəhbərliyinə öz etirazmı bildirmişəm. Dünən Xocalı soyqırımının ildönümü ilə bağlı sıx iş qrafikim səbəbindən telekanalın müvafiq sorğusunu cavablandırmaq imkanım olmayıb. Amma bu heç bir halda mənim guya suala susmaqla cavab verməyim anlamına gələ bilməz”.

Deputat bildirib ki, onun “nurçu” adlandırılan kəsimlə heç bir əlaqələri yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyyatdır: "Telekanalın xəbəri yoxlamadan, münasibətimi öyrənmədən efirə verməsi təəsüf doğurur. Mən bir daha bu iddianı rədd edirəm".


Teqlər:





Xəbər lenti