Minlərlə insan zəlzələyə görə təxliyə edildi

Minlərlə insan zəlzələyə görə təxliyə edildi
  06 Mart 2021    Oxunub:3252
Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 6.2 bal gücündə zəlzələ baş verib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Daha sonra 5.0 bal gücündə 20-dən çox yeraltı təkan qeydə alınıb. Sunami təhlükəsi ilə əlaqədar minlərlə insan təxliyə edilib.

Qeyd edək ki, ötən həftə də bölgədə dörd güclü zəlzələ baş verib. Bunlardan ən güclüsü 8.1 bal olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YeniZelandiya  





Xəbər lenti