Diplomatlar Ermənistanın ekoloji terroru barədə məlumatlandırılıb

Diplomatlar Ermənistanın ekoloji terroru barədə məlumatlandırılıb
  06 Mart 2021    Oxunub:4109
Xarici səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelər Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan tərəfindən aparılan ekoloji terrorla bağlı məlumatlandırılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

H.Hacıyev bildirib ki, diplomatlara Ermənistanın ekoloji terroru və ətraf mühiti məhv etməyə yönəlmiş hərəkətləri barədə məlumat verilib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin göstərişi ilə xarici səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelər Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın bölgələrinə səfər ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti