İrəvanda Paşinyanın istefası tələbilə mitinq keçirilir

  06 Mart 2021    Oxunub : 1917
 İrəvanda Paşinyanın istefası tələbilə mitinq keçirilir
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti dəfə mitinq keçirir.
Azvision.az xəbər verir ki, mitinqi “Vətənin qurtuluşu” hərəkatı təşkil edib.

İrəvanın mərkəzinə, Baqramyan prospektinə toplaşan etirazçılara bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək aksiyası keçirənlər də qoşulub.

Müxalifət bir müddətdir ki, Baqramyan prospektində çadırlar qurub. Aksiya iştirakçılarının bir çoxu gecəni burada keçirir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İrəvan   Paşinyan   Mitinq   Etiraz