Belarusda 2029 nəfər koronavirusun qurbanı oldu

Belarusda 2029 nəfər koronavirusun qurbanı oldu
  06 Mart 2021    Oxunub:2903
Belarusda son sutka ərzində koronavirus infeksiyasına 1329 nəfər yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Belarusda virusa yoluxanların ümumi sayı 294 432 nəfərə çatıb. İndiyədək infeksiya daşıyıcısı olan 285 036 xəstə sağalıb, 2029 nəfər isə dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti