Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışdı

Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışdı
  06 Mart 2021    Oxunub:2899
Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti