Azərbaycan gömrüyündə yeni sistem tətbiq ediləcək

Azərbaycan gömrüyündə yeni sistem tətbiq ediləcək
  06 Mart 2021    Oxunub:2627
Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Yük Hədəfləmə Sisteminin (YHS) tətbiqi ilə bağlı videokonfrans formatında 5 günlük təlim keçirilib.
Bu barədə Azvision.az Gömrük Komitəsinə istinadən xəbər verir. Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında 27 aprel 2020-ci il tarixində Yük Hədəfləmə Sisteminin proqram təminatının tətbiq edilməsi üzrə müqavilə imzalanıb.

YHS yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan yaratmaqla risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün hazırlanmış bir proqramdır. Bu sistem, yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük sərhəd- buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır.

Təlimdə DGK-nın strukturuna daxil olan müvafiq qurumların əməkdaşları iştirak edib. Onlar risklərin idarə edilməsi məqsədilə YHS proqramının funksiyaları, imkanlarını öyrənib, məlumatları təhlil etmək və riskləri qiymətləndirmək bacarıqlarına yiyələniblər.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti