Paşinyan əleyhinə mitinqdə təxribatlar gözlənilir

Paşinyan əleyhinə mitinqdə təxribatlar gözlənilir
  03 Mart 2021    Oxunub:1822
Müxalifətin parlament binası yaxınlığında, Baqramyan prospektində saat 16:00-a planlaşdırılan mitinqi zamanı təxribatlar ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı açıqlamada deyilir.

"Polisə saat 16:00-a təyin edilmiş mitinq zamanı təxribatların baş verə biləcəyi barədə məlumat daxil olub. Kütləvi tədbirləri yalnız qanunlar çərçivəsində keçirməyə, qanunsuz hərəkətlərdən çəkinməyə və təxribatlara uymamağa, vətəndaşları qanunlara hörmət etməyə çağırırıq", - polis xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün Ermənistandakı ən böyük müxalifət birliyi olan “Vətənin qurtuluşu hərəkatı” parlament binası qarşısında mitinq keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Mitinq   Paşinyan  





Xəbər lenti