Rusiya XİN ABŞ-ın ittihamlarına cavab verdi

  03 Mart 2021    Oxunub : 1169
 Rusiya XİN ABŞ-ın ittihamlarına cavab verdi
Rusiyaya qarşı sanksiya tətbiq edib, özünü kimyəvi silahlarla mübarizə aparan ölkə kimi göstərən ABŞ hələ özü o silahları məhv etməyib.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Başlanğıcdan həmkarlarımız guya "Rusiyanın qanunsuz hərəkətlərinə cavab verirlər" təbliğatını apardılar”, -deyən Zaxarova qarşı tərəfi baş verənlərin absurdluğuna diqqət yetirməyə çağırıb.

“Rusiyanın kimyəvi silahları məhv edərək bir neçə il əvvəl öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, ABŞ kimyəvi silahlara qarşı mübarizədə öhdəliklərini yerinə yetirmədi. Və kimyəvi silahlara malik olmaqda davam edir".

Qeyd edək ki, ötən gün Vaşinqton Brüsseldən sonra Aleksey Navalnı ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib. Siyahıda 14 təşkilat və yeddi məmurun adı yer alıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ