Ermənistan prezidenti müxalifətlə görüşdü

 Ermənistan prezidenti müxalifətlə görüşdü
  03 Mart 2021    Oxunub:3301
Ermənistan prezidenti Armen Sarkisyan iqamətgahında “Vətənin qurtuluşu hərəkatının” liderləri ilə görüş keçirib.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə hərəkatın baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan, “ARFD”nin nümayəndəsi Artsvik Minasyan, Respublika partiyasının nümayəndəsi Vəhram Baqdasaryan, Vətən partiyasının başçısı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan iştirak ediblər.

"İndi prezidentlə görüşə gedirik, bundan sonra Armen Sarkisyanın mövqeyi aydınlaşacaq, niyə dəyişdiyi bəlli olacaq. Bundan sonra sualları cavablandıracağam", - Vanetsyan görüşdən əvvəl deyib.

Qeyd edək ki, müxalifət Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün dövlət başçısı ilə görüş tələb etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  





Xəbər lenti