“Ermənistan vətəndaş müharibəsinə sürüklənir” - Zatulin

       “Ermənistan vətəndaş müharibəsinə sürüklənir” -   Zatulin
  03 Mart 2021    Oxunub:4035
Rusiya Fedrasiyası Dövlət Dumasının MDB məsələsləri üzrə komissiyası sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda cərəyan edən siyasi proseslərə münasibət bildirib.

Azvision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanı kürsünü təhvil verməyə çağırıb:
"Paşinyan hər kəsi ittiham etməyi bacardı. Rusiya raketlərindən tutmuş, ölkədə qalan erməni hərbçilərinə qədər. Özünün isə Ermənistanın və erməni xalqının ən böyük, ən ağır məğlubiyyətində məsuliyyət daşıdığını düşünmədi. Əgər Paşinyanda üç il əvvəl sədaqət andı içdiyi Ermənistanın taleyinə görə bir damla məsuliyyət hissi varsa, o, hələ də cəmiyyətin etimad bəslədiyi insanlara özünün yaratdığı xaosun öhdəsindən gəlməsi üçün imkan yaratmalıdır, getməlidir..."

Zatulinin sözlərinə görə, bu gün Ermənistan yenidən ciddi bir təhlükə ilə üzləşib. Ölkə vətəndaş müharibəsinə sürüklənir.

"Bunu kimsə, başqa biri etmir. Heç bir şeyin öhdəsindən gəlmədiyi halda mitinqlər çağıran şəxs edir. Başqa nələr baş verməlidir ki, Ermənistanda insanlar bu hökumətin yararsızlığı barədə nəticə çıxarsın?", - deyə Zatulin bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zatulin   Paşinyan   Ermənistan  





Xəbər lenti