Ermənistanda daha 360 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 360 nəfər koronavirusa yoluxdu
  03 Mart 2021    Oxunub:1548
Ermənistanda son sutka ərzində daha 360 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 172 816 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3202-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 819 nəfərdir. Aktiv xəstələrin sayı 4889 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti