Qasparyan sabaha qədər vəzifəsindən azad ediləcək

Qasparyan sabaha qədər vəzifəsindən azad ediləcək
  03 Mart 2021    Oxunub:2289
Son günlər işdə gecələyən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan evinə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Onik Qasparyanın tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı təqdimatını ikinci dəfə imzalamaqdan imtina edib. Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edərək, 2018-ci ildə “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna edilmiş dəyişikliklərin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsini xahiş edib.

Nəşr yazıb ki, Baş Qərargahın heyəti Qasparyanın işə gəlməsini və yeni təlimatları gözləyir.

Prezidentin "gözlənilməz qərarı"na gəlincə, qəzet qeyd edir ki, Paşinyan Sarkisyanla görüşdən əvvəl hakim "Mənim addımım" fraksiyasının deputatları sosial şəbəkələrdə və müsahibələrində prezidentə qarşı real hücum təşkil ediblər. Hakim fraksiyadan olan deputat Vaaqn Ovakimyan hətta prezidentə qarşı impiçment proseduruna başlamaq ehtimalını elan edib.

Martın 2-də vəziyyət 180 dərəcə dəyişib. Qəzetin yazdığına görə, Paşinyanın Qasparyanı vəzifəsindən kənarlaşdırılması tələbi yerinə yetiriləcək:

"Onik Qasparyan çox güman ki, 4 mart tarixinə qədər vəzifəsindən azad ediləcək".

Xatırladaq ki, 25 fevralda Baş Qərərgah Paşinyanın istefası ilə bağlı bəyanat verib. Bundan sonra ölkədə vəziyyət gərginləşib. Paşinyan Qasparyanın işdən azad edilməsi ilə bağlı prezidentə təqdimat verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti