Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirilib

Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirilib
  03 Mart 2021    Oxunub:2370
Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə bölməsi Dağlıq Qarabağı partlayıcılardan təmizləməkdə davam edir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ağdərə ərazisində minalardan təmizlənmə zamanı 30-dan çox 152 mm-lik top mərmiləri rusiyalı minaaxtaranlar tərəfindən zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1524 tikili, 1548 hektar ərazi, 484 km yol partlamamış hərbi sursatlardan təmizlənib, 24 994 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Partlayıcılar xüsusi təchiz olunmuş Ballıca təlim meydançasına gətirilərək məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar isə təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yerində zərərsizləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti