Keçmiş səfir ABŞ-ın baş kəşfiyyatçısı oldu

  03 Mart 2021    Oxunub : 1195
 Keçmiş səfir ABŞ-ın baş kəşfiyyatçısı oldu
ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə xüsusi komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsin təyin edilməsini dəstəkləyib.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, komitə üzvləri Bernsin namizədliyinə yekdilliklə səs veriblər. İndi onun qurumun rəhbəri vəzifəsinə təyinatı ilə bağlı Senat tam heyətdə səs verməlidir.

Qeyd edək ki, Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb.

Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb və hazırda Karneqi Fonduna rəhbərlik edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MərkəziKəşfiyyatİdarəsi