Ərdoğan Makronla danışıqlar apardı

 Ərdoğan Makronla danışıqlar apardı
  03 Mart 2021    Oxunub:2301
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatında danışıqlar aparıb.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Prezident Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın çox ciddi potensiala malik olduğunu bildirib.

"Biz Avropadan Qafqaz, Yaxın Şərq və Afrikaya qədər uzanan geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə əhəmiyyətli töhfə verə bilərik. Bizim ölkələrimizin təhlükəsizliyini, vətəndaşlarımızın həyat və əmlakını təhdid edən terror təşkilatları ilə mübarizədə birgə ata biləcəyimiz addımlar var", - deyə Türkiyə lideri vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Makron  





Xəbər lenti