Müharibə cinayəti törədən Ermənistan mina xəritəsini vermək istəmir - Misir nəşri

Müharibə cinayəti törədən Ermənistan mina xəritəsini vermək istəmir -  Misir nəşri
  02 Mart 2021    Oxunub:2100
Misirin “Əl Masr Əl Yom” nəşrində “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ötən il noyabrın 10-da hərbi əməliyyatların dayanmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi səbəbindən hərbçilərin və mülki şəxslərin həlak olması barədə söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, dövlət başçısı həmin ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin mümkün olmadığını, Azərbaycanın etik standartlara və ümumbəşəri dəyərlərə uyğun olaraq hərbi əsirləri və meyitləri Ermənistana təhvil verdiyini diqqətə çatdırıb.

Məqalənin sonunda ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan müharibə, torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat da yer alıb.

Azvision.az



Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti