Rusiyada bir gündə 441 nəfər virusdan öldü

Rusiyada bir gündə 441 nəfər virusdan öldü
  02 Mart 2021    Oxunub:1381
Rusiyada son sutka ərzində koronavirusa 10 565 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 268 215 nəfərə çatıb.

Rusiyada son bir gündə 441 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 86 896 nəfərdir. İndiyədək 3 838 040 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti