“Qarabağda mədəni irsin bərpasına hər cür dəstək verəcəyik” - Çavuşoğlu

“Qarabağda mədəni irsin bərpasına hər cür dəstək verəcəyik” -  Çavuşoğlu
  02 Mart 2021    Oxunub:2557
Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçrilib.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu "Tvitter" hesabında yazıb.

“Can Azərbaycanın mədəniyyət naziri ilə görüşdük. Dağlıq Qarabağda yerləşən və işğal zamanı ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi verəcəyik. UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasını müdafiə edəcəyik”, - deyə M.Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu   Qarabağ  





Xəbər lenti